Azərbaycanın işğal altında olan ərazilərdə xidmət aparan erməni əsgər öldürülüb.

Məlumata əsasən əsgər Vaqe Eqoyanın cəsədi mayın 25-i, saat 18:20 radələrində aşkarlanıb. Onun Qarabağda şimal istiqamətdə olan hərbi hissələrdən birində naməlum şəraitdə öldürüldüyü bildirilir.

Ermənistan Müdafiə Nazirliyi faktla bağlı araşdırmalara başlayıb.