19. 05. 2016 cı il tarixdə Abşeron rayon Xırdalan Şəhər Texniki və Təbiət Fənləri təmayüllü 3 nömrəli məktəbdə tədir keçirildi. Məktəbin direktoru Sevinc xanım açılış etdikdən sonra 4 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin Ətraf mühitin monitorinqi və Ekoloji Təbliğat Sektorunun müdiri Vüsal İbrahimli çıxış etdi.
Xeberlent.az saytı xəbər verir ki, tədbirdə 4 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin Ətraf mühitin monitorinqi və Ekoloji Təbliğat Sektorunun müdiri Vüsal Ibrahimli ətraf mühitə atılan tullantıların ətraf mühitə təsiri və bu təsirin qiymətləndirilməsi, mövcud ekoloji problemlər və onların aradan qaldırılması istiqamətində görülən işlər barədə məlumat verdi. Həmçinin bildirdi ki, "Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Respublika ərazisində içməli suya təlabat olan 200 dən çox kəndlərdə sutəmizləyici qurğular tikilmişdir ki, bununla da əhalinin içməli suya olan təlabatında olan problemlər aradan qaldırılmışdır.” Natiq sonra meşələrin biosferin əsas komponentlərindən biri olub meşələrin ətraf mühitdə suyaradıcı, torpaqqoruyucu, rütubətin udulması , atmosferə atılan zərərli qazların və tozların tutulması, sürüşmə zonalarının qarşısının alınması və s. kimi funksiyalarından danışaraq meşələri qorumağın vacib olduğunu bildirdi.
Sonra sözügedənsektorun məsləhətçisi Elmar MusayevAzərbaycan Respublikasında dövlətin ekoloji strategiyasının əsasının qoyulması, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaradılması, Azərbaycan Respublikasında dövlətin ekoloji strategiyasına uyğun olaraq qəbul edilmiş dövlətin milli proqramları, Milli Proqramlara uyğun olaraq Ətraf mühitin sağlamlaşdırılması istiqamətində görülən işlər barədə ətraflı məlumat verdi.