Bu gün Qaradağ rayon Lökbatan qəsəbəsində yerləşən Ə.Əmirov adına Mədəniyyət Sarayında rayon İcra hakimiyyətinin başçısı Süleyman Mikayılovun qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilib

Mia.az xəbər verir ki, görüşdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayonun aidiyyəti dövlət qurumlarının rəhbərləri iştirak ediblər.

Keçirilmiş səyyar qəbulda 400-ə yaxın qəsəbədə sakini iştirak etmiş və 20 nəfər sakinin fərdi qaydada müraciətləri dinlənilib.

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov sakinlər tərəfindən qaldırılan məsələlərin bəzilərini yerindəcə həll etmiş, digər müraciətlərin həlli istiqamətində aidiyyəti dövlət müəssisə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verib.

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Respublika Prezidentinin imzaladığı "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində qəsəbə ərazisində görülən işlərdən danışmış, ölkə rəhbərinin göstərişinə əsasən fevral ayından rayonun qeyri-məşğul olan əhalinin işlə təmin olunması istiqamətində verdiyi tapşırıqlara əsasən ümumi rayon üzrə 1073 nəfərin işlə təmin olunduğunu, S.Orucov küçəsində yerləşən qamış tipli qəzalı evlərin sakinləri üçün inşa ediləcək yeni çoxmərtəbəli yaşayış binalarının inşası zamanı 600-dək yeni iş yerlərinin açılacağını qeyd edib.

Tədbirin sonunda rayon İcra hakimiyyətinin başçısı Süleyman Mikayılov gələcəkdə rayonun inzibati ərazisində görüləcək işlər haqqında görüş iştirakçılarına ətraflı məlumat verib.