Yasamal Rayon Məhkəməsinin hakimi Mətanət Eynulla qızı Qasımova uzun sürən xəstəlikdən sonra rəhmətə gedib.

M.Qasımova 1980-ci ildə anadan olub, Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 2001-2004-cü illərdə Binəqədi Rayon Məhkəməsində makinaçısı kimi fəaliyyətə başlayıb.

2006-cı ildə Ali Məhkəmədə məsləhətçi, 2006-2007-ci illərdə Xətai Tikinti Mexanizasiya ASC-də hüquq məsləhətçisi, 2007-2013-cü illərdə Xəzər Rayon Məhkəməsində məsləhətçi vəzifəsini daşıyıb.

2013-cü ildən Yasamal Rayon Məhkəməsinin hakimi idi.

Onkoloji xəstəlikdən əziyyət çəkən M.Qasımova 2015-ci ildən müalicə alırdı.

Xatırladaq ki, M.Qasımovanın adı mərhum tənqidçi, BSU-nun dekanı Elnarə Tofiqqızının ölümündən sonra ailəsi tərəfindən qaldırılan iddiaya baxan hakim kimi dəfələrlə gündəmdə olub.

Axar.az