Bu gün Mərkəzi Nəbatat Bağında Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 93 yaşının tamam olması münasibəti ilə xüsusi tədbir keçirilib.

Mia.az-a verilən məlumata görə, tədbir çərçivəsində MNB-nın əməkdaşları, 15-ci Yubiley Beynəlxalq Nəqliyyat, Tranzit və Loqistika "Transcaspian” və 10-cu Yubiley Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı "CaspianAgro” sərgilərinin iştirakçıları birgə Bağın əvvəlcədən ayrılmış guşəsində Ümummilli liderin xatirəsini yad etmək üçün xüsusi seçilmiş "Qarabağ” sortlu pambıq əkiblər.

Tədbirin məqsədi müasir  texnologiya üsulu sayılan damcılı suvarma vasitəsilə pambığın becərilməsini nümayiş etdirərək, bir daha ictimaiyyətin diqqətini ölkədə pambıq istehsalının dirçəlişinə yönəldilib.

Sonda sərgi iştirakçıları Mərkəzi Nəbatat Bağının müəyyən sahəsində ziyarətçilərin istirahəti üçün guşə yaradıblar.