Xəbər verdiyimiz kimi, bu gün İmişli rayonunun Göbəktala kəndində şəhid kapitan Nəcməddin Akif oğlu Savalanov son mənzilə yola salınıb.
Onu da xatırladaq ki, prezident İlham Əliyevin müvafiq sərəncamı ilə kapitan Savalanov Nəcməddin Akif oğlu sağlığında "igidliyə görə" medalı ilə təltif oluub.
Şəhid kapitan Savalanov Nəcməddin aprelin 2-də Lələ Təpə yüksəkliyini düşməndən azad olunması əməliyyatında yaralanmışdı. Mayın 8-i isə Bakı Hərbi Hospitalında vəfat edib.
Mia.az Avropa.info-ya istinadən xəbər verir ki, dəfn mərasimində şəhid kapitanın azyaşlı qızının atasının nəşi önündə bayraq haqda şeir söyləməsi Nəcməddin Savalanovu son mənzilə uğurlayanları göz yaşlarına boğub...