Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin rəis müavini vəzifəsində çalışmış polkovnik İlqar Əliyevin atası da dünyasını dəyib.
Mia.az-a daxil olan məlumata görə, İlqar Əliyevin ayası Mustafa Əliyev bir neçə gün öncə vəfat edib. O, Göyçayın Çərəkə kəndində dəfn olunub.
Xatırladaq ki, İlqar Əliyev "MTN işi" ilə bağlı həbs olunmuşdu. O, Bakı istintaq təcridxanasının ikinəfərlik kamerasında intihar etmişdi.
Mia.az