Xalq şairi Söhrab Tahir dünyasını dəyişib. 

Bu barədə Azərbaycan Yazıçılar İttifaqının Güney Azərbaycan şöbəsinin nümayəndəsi Sayman Aruz məlumat verib.

Onun sözlərinə görə, şair səhər saat 07:00 radələrində vəfat edib(AzNews.az). 

Qeyd edək ki, bir müddət öncə S.Tahirin səhhətində problem yaranmışdı. Şəkər xəstəliyindən əziyyət çəkən şairin iki ayağı amputasiya edilib.

Allah rəhmət eləsin!