Azərbaycan Uşaqlar Birliyinin sığınacağında "Qotur "xəstəliyi aşkarlanıb.
Xəsətlik qısa müddətdə uşaqlar arasında yayılıb.
Xəstələr dərhal Baki şəhəri 3 saylı Uşaq Dəri Zöhrəvi Dispanserinə yerləşdirilib.
Bu azmış kimi, xəstəxanada müalicə olunan uşaqlarda göbələk xəstəliyi də aşkarlanıb.
Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağayevanın sözlərinə görə, xəstəlik sığınacaqda ötən ay aşkarlanıb:
"Uşaqlar xəstəxanaya yerləşdirilib. Sığınacaqda isə dezinfeksiya işləri aparılıb, ümumilikdə ölkədə azyaşlılar arasında qotur və göbələk xəstəliyinin aşkarlanması aidiyyəti qurumlar üçün həyəcan siqnalı olmalıdır.
Nəzərə alaq ki, bu xəstəliyin valideyn himayəsindən məhrum olan uşaqların yaşadığı məkanda aşkarlanması onlar üçün ikinci bir zərbədir".