Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun və tanınmış vəkil Qurban Məmmədovun qardaşı Əbdül Məmmədov bu gün 65 yaşında dünyasını dəyişib.

ADP sədri Sərdar Cəlaloğlu APA-ya açıqlamasında qardaşının beyin iflicindən vəfat etdiyini söyləyib: "Qarabağ müharibəsində onurğa sütunundan xəsarət almışdı. Uzun illərdir müalicə olunurdu”.

Qeyd edək ki, Qarabağ müharibəsi iştirakçısı, 1-ci qrup əlil olan Əbdül Məmmədov aprelin əvvəllərində cəbhədə gedən döyüşlərdə şəhid olan Rasim Məmmədovun atasıdır.

Mia.az-ın kollektivi Əbdül Məmmədovun vəfatı münasibətilə Cəlaloğlu qardaşlarına başsağlığı verir, onlara Allahdan səbr diləyir!

Allah rəhmət eləsin!