Göyçay rayonunda yerləşən S.Vurğun adına İnternat məktəbinin həyətini vəzifəli şəxslər zəbt edərək özlərinə villalar və ticarət şəbəkələri inşa etdiriblər. 
Bu barədə Mia.az-a daxil olan məlumatda bildirilir. İnternat məktəbinin həyətində deputat Elxan Süleymanova məxsus böyük ticarət mərkəzi, gömrük generalı Ehtiram Xəlilova, onun əmisi oğlu DSMF-nin Göyçay rayon Şöbəsinin müdiri Kamran Xəlilova , YAP-Göyçay təşkilatının sədri Sahib Şükürova və digər vəzifəlilərə məxsus möhtəşəm villaların fotogörüntülərini təqdim edirik.