Ermənilər uzun illərdi tarixdə heç zaman olmayan uydurma "soyqırımı”nı dünyanın gündəliyinə gətirirək ondan siyasi məqsədlər üçün istifadə edirlər.

Təəssüf ki, erməni lobbisi və diasporunun məkrli siyasətinə uyan bir çox ölkələrin parlamentləri qondarma "erməni soyqırımı” ilə bağlı müxtəlif sənədlər qəbul edib, bu əsassız iddiaları tanıyıblar.Amma nədənsə müsəlman dövlətləri ermənilərin azərbaycanlılara qarşı törətdiyi qətliamı görməməziliyə vurur. Mövzu ilə əlaqədar birlik.az saytına münasibət bildirən"Mina Qurbanlarının Sosial-İqtisadi Problemlərinin Həllinə Kömək” İctimai Birliyisədri Məmmədhəsən Həsənov qeyd etdi ki, "ermənilərin bu həyasızlığının qarşısının alınmasından ötrü Azərbaycana həm türk dünyası, həm də ümumilikdə müsəlman dünyası yetərincə dəstək olmur. Türkiyə dövlətini çıxmaq şərtilə, demək olar ki, heç bir türk və müsəlman dövlətləri açıq-aşkar Xocalı qətliamına dünya səviyyəsində hüquqi qiymət verilməsindən ötrü səy göstərmir. Dünya azərbaycanlılarının böyük hissəsi yaşayan İran İslam Respublikasından isə gözlədiyimiz dəstəyi görmürük. İran özündən 100 kilometrlərlə uzaq olan Fələstin dövlətinə kömək edir, burdan- bura sərhəddə olan Azərbaycan dövlətinə gözlədiyimiz siyasi-diplonmatik dəstəyi nümayiş etdirmir. Ermənilərə hər zaman böyük dəstək verən Rusiya, ABŞ və Fransaya qarşı İrandan nota gözlədik. Amma əksinə, İranın Ermənistana bəzi iqtisadi dəstəyinin şahidi olduq. Həmçinin qardaş Türkiyə dövlətindən və bütün türk dünyasından gözləntimiz budur ki, qəsbkar Ermənistan dövləti ilə, işğal olunmuş ərazilərimiz qayıtmayınca, bütün mövcud əlaqələri kəssin.”