Amerika Birləşmiş Ştatlarında (Vaşinqton) yaşayan Azərbaycanın icra başçılarından birinin qızı öz dostlarını verdiyi qonaqlıqla heyrətləndirə bilib.
Bu barədə modern.az saytı məlumat yayıb.
Təxminən bir ay öncə yaxın çevrəsini ətrafına toplayan bu xanım onlara "Dollar qonaqlığı” verib.
Onun təşkil etdiyi məclisə təşrif buyuranların hər birinin boşqabına 100 dollarlıq əskinaslar düzülüb. Bu, həm də Azərbaycanda devalvasiya dövrünə təsadüf edir.
Həmin xanımın adı və kimliyi modern.az-a bəlli olsa da, sayt əlavə məlumat verməyib. Mia.az bununla bağlı araşdırma aparıb. Aydın olub ki, bu gün ən azı 3 icra başçısının övladları ABŞ-da təhsil adıyla yaşayır. Ancaq çox çalışsaq da, ABŞ-da bu məzhəkəni çıxaran qızı və atasını müəyyənləşdirə bilmədik. Ümid edək ki, Modern.az harın icrra başçısının harın qızının kim olduğunu oxucuları intizarda saxlamadan tezliklə açıqlalyacaq.
****
Musavat.com isə AzToday.az istinadən bildirib ki, həmin qız Kəlbəcərin icra başçısı Aqil Məmmədovun övladı olub...
Mia.az