Bu gün Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov Maliyyə və mühasibat fakültəsinin yeni seçilən dekanı Gəray Musayevi kollektivə təqdim edib.
Bu barədə Mia.az-a adıçəkilən universitetdən məlumat verilib.
Gəray Musayevin 2014-cü ildən UNEC-in Distant, qiyabi və əlavə təhsil mərkəzinin direktoru vəzifəsində çalışdığını bildirən rektor, onun bu illər ərzindəki fəaliyyətini yüksək qiymətləndirib.