Malayziyanın müdafiə naziri Hişamuddin Tun Hüseyn (Hishamuddin Tun Hussein) DSA-2016 sərgisində təmsil olunan Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) stendində olub.

Mia.az "AzeriDefence”yə istinadən xəbər verir ki, Malayziyanın müdafiə naziri Azərbaycanın sərgilədiyi məhsullarla tanış olub. Müdafiə Sənayesi Nazirliyinin əməkdaşları tərəfindən Azərbaycanda istehsal edilən atıcı silahlar barədə ona məlumat verilib.

Hişamuddin Tun Hüseyn Azərbaycan MSN-in istehsalı olan İST-14.5 "İstiqlal” anti-material snayper tüfəngini incələyib.

MSN adından Malayziyanın müdafiə nazirinə xatirə hədiyyəsi təqdim olunub.