"Bakıya tədbirlər üçün 100 yeni müasir avadanlıqlarla təchiz olunan təcili yardım avtomobilləri gətirilib”.

Bunu Stansiyanın baş həkimi Rauf Nağıyev deyib.Onun sözlərinə görə, yeniyetmələr arasında beynəlxalq futbol çempionatı və "Formula-1" yarışlarında idmançılara, xarici ölkələrdən gələn azarkeşlərə və tamaşaçılara ilkin tibbi yardım etmək üçün stansiyanın tibbi heyətinin hazırlıq məşğələlərinin keçirilməsi nəzərdə tutulub:

"Yarışlarda hər kəsə təcili yardım göstərmək üçün kifayət qədər həkim briqadası var. Eytiyac olarsa, əlavə həkim briqadaları da bu işə cəlb edilə bilər”.

Baş həkim qeyd edib ki, "Bakı-2015"də stansiya bölmələrinin 200-ə yaxın seçilmiş həkimləri təlim kurslarına cəlb olunub: "Bu il keçiriləcək beynəlxalq yarışlara da həmin heyət yenidən təlimlərə cəlb olunaraq, onların xidmətlərindən istifadə olunacaq”.