Azərbaycan Silahlı Qüvvələri Ermənistanın pilotsuz uçuş aparatını ələ keçirib.
Mia.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, cəbhə bölgəsində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus kvadrokopter tipli "DJI PHANTOM" pilotsuz uçuş aparatı bölmələrimiz tərəfindən xüsusi üsulla endirilərək ələ keçirilib.