Bütöv Azərbaycan Mühafizəkarları Təşkilatının təşəbbüsü ilə "Milli Qəhrəmanlarımızı gəncliyimizə tanıdaq" layihəsinin növbəti qəhrəmanı - Seymur Məmmədovu gənclərimizə tanıtmaq məqsədi ilə "Qarabağ Əlilləri və Veteranları” İctimai Birliyinin ofisində qəhrəhanımızın döyüş yoldaşlarının iştiraki ilə dəyirmi masa keçirildi. 

Bir zamanlar Millimizin və Qarabağımızın oyunlarında Milli Qəhrəmanlarımızın pankartlarını açmaqla, oyundan öncə qəhrəmanlarımızın həyatı haqqında bilgiləri gənclərlə paylaşmaqla layihəni həyata keçirirdilərsə, bu gün isə bu işin formatında bir balaca dəyişlik edildi. Milli Qəhrəmanlarımız haqqında bilgiləri onların döyüş yoldaşlarının dilindən eşitməyin maraqlı olacağını nəzərə alaraq, belə bir layihəni həyata keçirməyi qərara alındı. Bu günki tədbirdə Milli Qəhrəman Seymur Məmmədov haqqında onun komandiri Mobil Yusifov və döyüş yoldaşlarından olan Yaşar Aslanov, Alman Abbasov və Faiq Məmmədov öz xatirələrini gənclərimizlə bölüşdülər. Tədbirdə həmçinin Mina Qurbanlarının Sosial-İqtisadi Problemlərinin Həllinə Kömək İctimai Birliyinin sədri Məmmədhəsən Həsənov, Məşəl Əlil və Şəhid Ailələrinə Sosial Dəstək İctimai Birliyinin sədr müavini Taleh Əhmədov, "Qarabağ Əlilləri və Veteranları” İctimai Birliyinin sədri Növrəstə Yusifova və "Qarabağ Əlilləri və Veteranları” İctimai Birliyinin beynəlxalq əlaqələr üzrə sədr müavini Elnarə Məhərrəmova iştirak etdilər. Tədbirin sonunda Azərbaycan Mühafizəkarları Təşkilatı tədbirin ərsiyə gəlməsində dəstək olan hər bir kəsə öz minnətdarlığını bildirirdi.