Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və maliyyə institutları kafedrasının müdiri Əvəz Ələkbərov mükafata layiq görülüb.
Bu barədə Mia.az-a adıçəkilən universitetdən məlumat verilib.
Məlumata görə, Ə.Ələkbərov "Avropa Nəşr Mətbuat Evi” mükafat komissiyasının qərarı ilə ən yaxşı vətənpərvər tədqiqatçı alim qızıl medalı ilə təltif edilib. Komissiya kafedra müdirinin sosial sığortanın inkişafı, sosial-iqtisadi inkişafın maliyyə-büdcə tənzimlənməsi problemləri sahəsində apardığı uğurlu elmi tədqiqatlarını da yüksək qiymətləndirib.
Xatırladaq ki, sabiq maliyyə naziri Əvəz Ələkbərov 2016-cı ilin fevral ayından Azərbaycan Dövlət İqtisad Universitetinin "Maliyyə və maliyyə institutları” kafedrasının müdiridir.