Lənkəranın icra başçısı Taleh Qaraşov Havzova kəndində əhali ilə səyyar qəbul-görüşünü keçirib.
Bu barədə Mia.az-a İH-dən verilən məlumata görə, görüşdə Havzava kənd İcra nümayəndəsi Qurban Quliyev ərazidə aparılan abadlıq-quruculuq işləri barədə məlumat verərək, əhalini narahat edən problemləri diqqətə çatdırıb.
Görüşdə cra başçısı görüşdə çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən sosial-iqtisadi islahatların xalqın rifah-halının yaxşılaşmasındakı misilsiz əhəmiyyətini qeyd etmiş və bu islahatların məntiqi nəticəsi olaraq ölkənin iqtisadi qüdrətinin gündən-günə artdığını, əhalinin yaşayış səviyyəsinin yaxşılaşdığını bildirib. Deyib ki, Azərbaycanın iqtisadi tərəqqisi, balanslaşdırılmış daxili və xarici siyasəti onun beynəlxalq aləmdə nüfuzunu da yüksəlmiş, dünya birliyini dəstəyini qazandırıb:
"Son günlərdə cəbbə bölgəsində Milli Ordumuzun düşmənə agır zərbələr vurması, işğal olunmuş ərazimizin bir qismini azad etməsini dünya ictimaiyyətinin də müdafiə etməsi bu dəstəyin bariz nümunəsi olduğunu, artıq Azərbaycan həqiqətlərinin qələbə çaldığını, Ermənistanın işğalçı dövlət kimi ifşa olunduğu bir daha sübut etdi".
İcra başçısı rayonun kənd və qəsəbələrinin bundan sonra da inkişaf edəcəyini qeyd edərək bu işdə əhalinin də yaxından iştirakının, torpaqları becərilməsinin vacibliyini nəzərə çatdırıb.
Çıxış edən sakinlər Prezidentin həyata keçirdiyi siyasəti ürəkdən bəyəndiklərini bildirib, Prezidentin ətrafında sıx bilrləşdiklərini və Vətənə layiqincə xidmət edəcəklərini bəyan ediblər.
Görüşdə icra başçısı sakinlərin fərdi müraciələrini də dinləyib, aidiyyati qurumların rəhbərlərinə tapşırıq və tövsiyələrini verib.