"Bəzi kütləvi informasiya vasitələrində Beyləqan rayon icra başçısı Vaqif Abdullayevin aprelin əvvəlində işğalçı Ermənistan ordusu ilə gərgin döyüşlər getdiyi ərəfədə guya rayonda olmaması ila bağlı böhtan, təxribat xarakterli xəbərlər dolaşmaqdadır".

Mia.az xəbər verir ki, bu sözlər Beyləqan rayon İcra Hakimiyyətindən daxil olan açıqlamada yer alıb.

Bildirilib ki, bu kimi məlumatlar iftiradan başqa bir şeyil deyil:

"Rayon icra başçısı Vaqif Abdullayev hər gün öz vəzifəsinin başında olub. Bunun şahidi Beyləqan rayon vətəndaşlarıdır. İcra başcısı döyüşlərdə şəhid olan Beyləqan sakinin dəfnində rayon ictimaiyyəti ilə birgə iştirak edib, dərin kədərini bölüşüb. Bundan əlavə, hadisələrin baş verdiyi günlərdə icra başçısı dəfələrlə rayonumuzda olan AzTV, Lider, İTV, Space və digər kütləvi informasiya orqanlarının regional əməkdaşları ilə daimi ünsiyyətdə olub. Buna baxmayaraq, özlərinin yalan dolu iftiralarından əl çəkməyən bəzi sarı mətbuat Vaqif Abdullayevə ləkə atmağa çalışırlar.

Bir daha belə xəbər yayan KİV nümayəndələrini diqqətli olmağa dəvət edir, belə təxribat, böhtan xəbərlərdən əl çəkməyi məsləhət bilirik".