18 may 2016-cı il tarixində Bakıda 2-ci Avropa İttifaqı-Azərbaycan Biznes Sammiti keçiriləcək.
ADA Universitetində baş tutacaq tədbirdə Avropa və Azərbaycan müəssisələri Azərbaycanda biznes imkanlarının araşdırılması və işgüzar tərəfdaşlıq əlaqələrinin yaradılması məqsədilə bir araya gələcək. Bildirilir ki, rəsmi açılış mərasimindən sonra Azərbaycan iqtisadiyyatının perspektivli sahələri olan Kənd təsərrüfatı və qida sektorunda imkanlar, Nəqliyyat və logistika sahəsində imkanlar, Turizm sektorunda imkanlar, Azərbaycanda biznes imkanları üzrə panel danışıqları təşkil olunacaq.
Qeyd edək ki, müvafiq dövlət qurumları, yerli və beynəlxalq müəssisələri və mütəxəssisləri, dövlət və şirkət nümayəndələri müzakirə aparmaq və iştirakçılara müvafiq məlumatlar təqdim etmək məqsədilə Biznes Sammitdə iştirak etməyə dəvət olunur. Bu tədbir şirkətlər haqqında məlumat vermək və həmin şirkətləri biznesini təşviq etmək üçün imkanlar yaradır.
Xatırladaq ki, panel müzakirələrindən sonra Avropa İttifaqı və Azərbaycan şirkətləri arasında ikitərəfli görüşlər baş tutacaq. Bu görüşlərdən yeni biznes imkanları əldə etmək, yeni layihələrlə tanış olmaq, işgüzar şəbəkənizi güclü tərəfdaşlar ilə genişləndirmək üçün istifadə edə bilərsiniz.
Diqqət: Biznes Sammitdə iştirakı etmək üçün hal-hazırda qeydiyyat açıqdır.