"Azad Istehlakçılar" İctimai Birliyinin nəznində yaradılmış "Müalicə və Bərpa Müəssələrində İstehlakçı Huquqlarının Müdafiə Komissiyasından Mia.az-a bəyanat daxil olub.
Bəyanatı olduğu kimi təqdim edirik:
"Son vaxtlar bizim qaynar xəttimizə,özəl tədris və psixologi yardim mərkəzlərindən coxlu sayda şikayətlər daxil olmuşdur. Bununla əlaqədar bu ilin əvvəlləri Azərbaycan Respublikasi Təhsil nazirliyinə muraciyyət ünvanlayıb, bu tip müəssələrdə pedaqoqların bilik səviyyəsini və eləcə də müəssələrin özünün yanğın və sanitar gigenik təhlükəsizliyi yoxlamaq üçün keçirilən monitorinqlərdə bizim də iştirak etməyimiz üçün icazə istədik.
Cavabda isə bildirdilər ki, özəl tədris və psixoloji yardım mərkəzlərinində hər hansı bir monitorinq aparmağa Təhsil Nazirliyinin səlahiyyəti yoxdur. Belə çıxır ki, bu tip mərkəzlərdə pedaqoqların təhsil səviyyəsinə və eləcə də orda tədris alan uşaqların sanitar gigienik və ya hər hansı bir başqa təhlükəsizliyinə hec bir rəsmi qurum cavabdeh deyil. Bu səbəbdən də, biz, bir İstehlakçı Hüquqlarının medafiəsi kimi valideynlərə tövsiyyə edirik ki, övladlarını bu tip mərkəzlərdən imakn daxilində uşaq tutsunlar.
Bir necə fakt gətirmək istəyirəm.
Ünsuyyət çətinliyi olan insanlar üçün bütün dünyada qəbul olunmuş, ABA (Applied behavior analysis - Davranışın tədbiqi analizi) Azərbaycanda rəsmən tədris olunmasa da, bir cox mərkəzlər valideynləri əmin etməyə çalışırlar ki, onun övladı ilə ABA terapiya sistemi ilə məşgul olacaqlar. Burada sual yaranır, bəs, o pedaqoqun bu sistemi Azərbaycanda tədris eləməyə hüququ və ona bu hüququ verən biliyi varmı?
Və yaxud, Bəzi mərkəzlərdə ABA terapiyanın bir qolu olan Əmək terapiyası deyilən tədris sistemindən istifadə olunur. Əyər ABA sistəmi üzrə rəsmi mənbələrə baxsanız, görərsiniz ki, İstər ABA (Davranışın tətbiqi analizi), istərsə də əmək terapisti kimi kiməsə tədris keçmək üçün mutləq 2-ci ali təhsil olaraq yenidən 3 il oxumaq gərəkdir, (3 ay, 3 həftə yox, 3 il ) və bu təhsil almaq üçün təəssuf ki, hələ ancaq mütləq xaricdə (Almaniya, Rusiya, Turkiyə və ABŞ –da bu təhsil ocaqları mövcuddur) oxumaq gərəkdir.
Başqa bir problem, Azərbaycanda dövlətin 1-ci qrup əlil üşaga verdiyi müavinət 70 manat civarında ,sıravı vətəndaşın (müəllim və ya həkim) rəsmi əmək haqqı isə 200-300 manat olduğu halda, bütün tədris mərkəzlərində 1 dərs saatı 20-30 manat arasında dəyişır.
Məsələn, Autizm problemli uşaq ayda orta hesabla 12 dərs saatı almaq üçün valideyn azı 300 manat ödəməlidir.
Sual olunur, bu qiymətlər hansı meyarla ölçülür? Bu tip problemlər bizi bir İctimai təşkilat kimi narahat etdiyindən, özəl tədris və psixoloji mərkəzlərin dövlət nəzarətinə götürülməsi üçün artıq müraciət hazırlanıb, valideynlər arasında imzatoplama prosesi gedir.
Nə qədər ki, bu proses qanunda öz yerinə almayıb, bütün valideynlərdən xahiş edirik. Övladının təhsil almagı üçün müraciə etdiyi hər hansı bir mərkəzdə, vaxtının - maliyyə resurslarının və ən əsası övladının gözəl və təhlükəsiz təhsil və tədris alması üçün yaradılan şəraiti özü nəzərətdə saxlasın.
Hər hansı bir qanun pozuntusu görərsə, bu barədə təcili olaraq, dövlət qurumlarına və ya bizə müraciət eləsin.
Öz tərəfimizdən valideynin anonimliyinin qorunmasına təminat verərək, Azərbaycan qanunlarına istinadən onun bir İstehlakçı kimi hüquqlarının qorunmasını tam təmənnasız həyata keçirəcəyik.
Bizim qaynar xəttimiz: 077 710 46 44 və ya 012 441 28 33.
"Azad İstehlakçılar" İctimai Birliyi nəznində yaradılmış Müalicə və Bərpa Müəssələrində İstehlakçı Hüquqlarının Mudafiə Komissiyasınin sədri Əhməd Rəhmanov".