İşğal altında olan ərazilərimizin erməni qəsbkarlarından azad edilməsi istiqamətində aparılan əməliyyatlar zamanı son damla qanınadək döyüşərək qəhrəmancasına şəhid olmuş Vətən övladlarından biri də Nərimanov rayonundan hərbi xidmətə çağırılmış 1994-cü il təvəllüdlü Mirzəyev Mahir Sabir oğludur.
Mia.az xəbər verir ki, bu gün torpaqlarımızın müdafiəsi zamanı canını fəda etmiş qəhrəman şəhidlə vida mərasimi keçirilib.
Şəhid böyük izdihamla son mənzilə yola salınıb.
Şəhidimizi yola salma mərasimində "Qarabağ bizimdir, bizim olacaq!”, "Şəhidlər ölməz, vətən bölünməz!” və başqa şüarlar səsləndirilib.
Sonra şəhidin cənazəsi Mehdiabad qəsəbəsində yerləşən qəbiristanlığa gətirilmiş, cənazə namazı qılındıqdan sonra şəhidimizin nəşi Azərbaycan Dövlət Himninin və yaylım atəşinin sədaları altında dəfn edilib.
Şəhidin tabutu üzərində bükülən üçrəngli Azərbaycan bayrağı əbədi xatirə olaraq onun atasına təqdim olunub
Mərasimə rayon rəhbərliyi, ictimaiyyətin nümayəndələri və gənclər qatılıb.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!