İctimai Televiziya və Radio Yayımları şirkəti (İTV) efir proqramında dəyişiklik edib.
Televiziyanın İctimaiyyətlə əlaqələr şöbəsindən Mia.az-a verilən məlumata görə, İctimai Televiziya və Radio Yayımları Şirkəti cəbhə bölgəsində baş verən hadisələrlə əlaqədar bu gündən 3 gün müddətində öz proqramına dəyişiklik edib. Musiqili və əyləncəli xarakterli verilişlər proqramdan çıxarılıb.