"Fevralda bazara təklif olunan ümumi 32,41 ha torpaq sahəsinin 58,1%-ni boş sahə, qalanını isə qeyri-yaşayış sahələri və köhnə yaşayış sahələri təşkil edib. Torpaq bazarında təklifə çıxarılan torpaq sahələrinin artması və şəhərin kənarında torpaq sahələrinə tələbin artımı bazarda orta qiymət artmasının qarşısını ala bilməyib (3.62%)”.


Bunu AzVision.az-a MBA Consaltinq şirkətinin rəhbəri Nüsrət İbrahimov deyib. O, bildirib ki, torpaq bazarında qiymət indeksi yanvar ayındakı ciddi enişdən sonra 5.4 həddindən artaraq 5.6 bəndində qərarlaşıb.

"Torpaq bazarının şəhərətrafı və paytaxtdan kənar ərazilərə doğru genişlənməsi tendensiyası fevral ayında tikinti tempinin artımı hesabına nisbətən güclənib. Ay ərzində torpaq üzərində bağlanan alqı-satqı əqdlərinin sayında ötən ayla müqayisədə artım qeydə alınıb və bazarın bu seqmenti üzrə aktivlik əvvəlki aya nisbətən nisbi şəkildə müsbətə doğru dəyişib. Aparılan bazar araşdırmaları göstərir ki, fevral ayı ərzində Bakı şəhəri üzrə torpaq bazarında orta qiymətlərdə azalma qeydə alınıb. Ay ərzində bazara çıxarılan 1 sot torpağın orta qiyməti 10843 $/sot səviyyəsindən 3,62% artaraq 11235 $/sot təşkil edib”.

Consaltinq rəhbərinin dediyinə görə, şəhərin mərkəzində torpaq sahələrinin həddən artıq məhdudlaşması I və II zonalarda tələb və təklifin strukturunun dəyişməsi ilə yanaşı, qiymətlərin artmasına səbəb olub.

" Ay ərzində şəhərin I və II zonalarında qiymət artımı, III və IV zonalarda isə azalma müşahidə edilib. Fevralda rayonlar üzrə ən çox qiymət artımı əsasən Qaradağ rayonunda (7,1%) baş verib. Ən çox qiymət azalması isə Xəzər rayonunda (71.2%) qeydə alınıb. Torpaq sahələrinin ekspozisiya müddəti isə ötən ayla müqayisədə -1,8% azalıb. Bütün bunlarla yanaşı, hazırda torpaq bazarında nisbətən aktiv rayonlar sırasına Binəqədi və Xətai rayonları başçılıq edirlər. Ən passiv rayon isə Nərimanov rayonudur. Fevral ayında torpaq bazarına təklif olunan ən bahalı torpaq sahəsi 230000 $sot Yasamal ("Elimlər Akademiyası” m/st yaxınlığında, Hüseyn Cavid prospekti) rayonunda, ən ucuz torpaq sahəsi isə 350$sot Abşeron (Pirəkəşkül qəsəbəsi) rayonunda qeydə alınıb”.