Mia.az xəbər verir ki, ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərinin dərindən öyrənilməsi məqsədilə respublikamızın müxtəlif şəhər və rayonlarında yaşayan gənclərin digər bölgələrə səyahətlərinin təşkilinə dair Prezident İlham Əliyevin tapşırığına əsasən keçirilən tur boyunca məktəblilərə tur bələdçi, müəllim və tibb işçisi nəzarət edəcəkdir.
Yolasalma mərasimində Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İlqar Mirzəyev məktəblilərin sözügedən regionların qədim tarixi, mədəniyyət abidələri, müasir simasını əks etdirən Heydər Əliyev Mərkəzləri, tarix-diyarşünaslıq muzeyləri, gənclər mərkəzləri, Bayraq meydanları, rəsm qalereyaları və s. obyektlərlə tanış olacaqlarını qeyd edib və şagirdlərə uğurlar arzulayıb.
Məktəbliləri yola salan müəllim və valideynlər məktəblilərə səfərlə bağlı tövsiyələrini veriblər, onlara mənalı istirahət, zəngin təəssürat arzulayıblar.



