Erməni əsilli Avropalı agent Azərbaycanda necə ifşa oldu Əlvənd Mehmanın imzası ilə Azərbaycanın ən qalmaqallı dedektiv kitabı çap olunub. 
 Gerçək faktlara söykənən kitabda avropalı erməni agentinin Azərbaycanda gizli işlərindən və nəticədə onun ifşa olunmasından bəhs olunur. Eyni zamanda kitabda Azərbaycanın dövlətçilik tarixində ilk dəfə olaraq polislə krimanal aləmin birgə əməliyyatı da öz əksini tapıb. Kitabda məşhur avtoritet "Yaponçik"in Azərbaycan dili bilməsi də yer alıb. Qeyd edək ki, kitabı "28 May" metrostansiyası ətrafındakı kitab mağazalarından və digər kitabxanalardan əldə etmək mümkündür.