Biləsuvar rayon İcra Hakimiyyətində Novruz bayramı münasibətilə Qarabağ müharibəsi əlillərinə, veteranlara, şəhid ailələrinə, Cernobul əlillərinə, digər imtiyazlı şəxslərə və aztəminatlı ailələrə bayram sovqatı paylanılıb.
Mia.az xəbər verir ki, tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, RİH-nin məsul işçiləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Bayram sovqatını təqdim edən rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev hər bir ailəyə firavan həyat və xoş günlər arzulayaraq novruz bayramlarını təbrik edib.
Bildirib ki, ölkəmizdə aztəminatlı ailələr və imtiyazlı şəxslər daima dövlətimizin qayğısı ilə əhatə olunub və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında bundan sonra da bu siyasət uğurla davam etdiriləcəkdir.
Tədbir zamanı 800 nəfər ailəyə sovqat paylanılıb.