Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ölkədə 2016-cı ilin ciddi iqtisadi islahatlar ilinə çevrilməsi, sahibkarlığın inkişaf etdirilməsi, sərmayələrin cəlb edilməsi, işsizlik probleminin aradan qaldırılması, qeyri məşğul əhalinin yeni iş yerlərinə cəlb edilməsi və əhalinin sosial rifah halının daha da yaxşılaşdırılması ilə bağlı müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanları qarşısında mühüm vəzifə və tapşırıqlar qoyulub
Dövlət başçısı tərəfindən mütəmadi olaraq ölkədə biznes mühitinin yaxşılaşdırılması, sahibkarlığın, xüsusilə də kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi və sağlam rəqabət mühitinin formalaşdırılması istiqamətində mühüm addımlar atılmaqdadır.
Sahibkarlığın inkişafı istiqamətində aparılan məqsədyönlü uğurlu siyasətin davamı olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 3 fevral 2016-cı il tarixdə sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslər tərəfindən yerli icra hakimiyyəti orqanlarının sərəncamından, əmrindən, hərəkət və hərəkətsizliyindən verilmiş təkrar şikayətlərə baxan ictimai əsaslarla fəaliyyət göstərən kollegial orqan olan Apellyasiya Şuralarının yaradılması haqqında müvafiq Fərman imzalamışdır. Həmin Fərmanla Yerli İcra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi təsdiq edilmişdir.
Ölkə başçısı tərəfindən təsdiq edilmiş Fərman icra üçün rəhbərliyə alınmış və icrasını təmin etmək məqsədilə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının 8 fevral 2016-cı il tarixli 16 nömrəli Sərəncamı ilə Qaradağ Rayon İcra Hakimiyyətində kollegial orqan olan Apellyasiya Şurası yaradılmış, Şuranın tərkibi və katibliyi təsdiq edilmişdir. Sərəncama müvafiq olaraq Apellyasiya Şurasına Yerli İcra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamədən irəli gələn vəzifələrin, fiziki və hüquqi şəxslərdən daxil olan müraciətlərin qanunçuluq, şəffaflıq, dəqiq və qərəzsizlik münasibət göstərməklə icrasının təmin edilməsi tapşırılmışdır.
Ötən müddət ərzində Şuranın bir iclası keçirilmiş və Yerli İcra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnaməni müddəaları və bəndləri, həmçinin Azərbaycan Respublikası Prezidenti yanında Apellyasiya Şurası ilə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının Apellyasiya Şuralarının qarşılıqlı fəaliyyətinə dair "Metodiki Təlimat”dan irəli gələn vəzifələr və "Hesabat” forması geniş təhlil edilmiş, icrası istiqamətində Şuranın üzvlərinə və katibliyə müvafiq tapşırıq və tövsiyələr verilmişdir.
Ötən müddət ərzində Rayon ərazisində fəaliyyət göstərən fiziki və hüquqi şəxslər tərəfindən özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı Apellyasiya Şurasına hər hansı bir şikayət daxil olmamışdır.