Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) "Abituriyent” jurnalının 1-ci sayını abituriyentlərin istifadəsinə təqdim edib.
Mia.az saytı xəbər verir ki, jurnalda aşağıdakı materiallar əksini tapıb:

- 2016/2017 - ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu qaydaları;

- Ali təhsil müəssisələrinə qəbul imtahanı proqramları;

- Hərbi liseylərə qəbul imtahanı proqramları;

-Ali təhsil müəssisələrinə və hərbi liseylərə qəbul imtahanı fənləri üzrə test tapşırığı nümunələri;

-Fənlər üzrə açıq tipli test tapşırığı nümunələri;

- Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul elanları;

-"Soruşun, cavab verək” rubrikasında oxucuların sorğularına TQDK mütəxəssislərinin izahlı cavabları;

- Test tapşırıqlarının düzgün cavabları və balların hesablanma qaydası.

Jurnalı "Abituriyent” satış köşkündən (Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28.), kitab mağazalarından almaq və yawww.abiturient.azsaytından sifariş etmək olar.