Aparıcı Aytən Səfərova həmkarlarını tənqid edib.
Lent.az-ın məlumatına görə, o, aparıcıların xəbər oxuyarkən hərəkət etməsini qınayıb:
"Mən bir şeyi başa düşmürəm: Niyə bəzi xəbər aparıcıları (xüsusən də qadınlar) məlumat oxuyanda yerlərində dingildəyirlər? Bu "emosiya"lardı, yoxsa, dönə-dönə üzr istəyirəm ifadəmə görə, alt paltar sıxır, ya da efirdən əvvəl ayaqyoluna çatmayıblar?
Xəbər aparıcısının qurşağından aşağı heç yeri oynamamılıdır. Vallah, pis görünür. Bu, peşəkarlıq göstəricisi deyil".