Suraxanı rayon Polis İdarəsindən verilən məlumata görə, R. Əliyevin meyiti bu gün "Cristall hall” yaxınlığında dənizdə aşkar edilib.
Hazırda faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, 1973-cü ildə anadan olmuş Əliyev Rəşad Fikrət oğlunun 23 yanvar 2016-cı il tarixdəBakı şəhərinin Bülbülə qəsəbəsindəki yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. O, İctimai Televiziyada quruluşçu rejissor vəzifəsində çalışıb.R. Əliyev əməkdar incəsənət xadimi Fikrət Əliyevin oğludur.