Sabiq YAP-çı deputat və hakim partiyanın rəsmi orqanı olan "Yeni Azərbaycan” qəzetinin keçmiş baş redaktoru Alqış Həsənoğlu bir neçə illik fasilədən sonra jurnalistikaya geri dönüb.
Modern.az saytı xəbər verir ki, A.Həsənoğlu "28-may.az” adlı yeni internet saytı təsis edib.
Xəbəri Modern.az-a A.Həsənoğlu özü də təsdiqləyib.