Mingəçevir Dövlət Dram
teatrında "İncəbel və Div" uşaq tamaşasının premyerası keçirildi.
Rəvan Tohidoğlunun müəllifi olduğu "İncəbel
və Div" nağılı əsasında hazırlanan tamaşaya xalq artisti Ağaxan Salmanlı
quruluş vermişdir. Gənc nəslin təlim və tərbiyəsində,onların etik və estetik mənəviyyatının
inkişafında əvəzsiz rol oynayan alleqorik , nağıl - pyeslərin əhəmiyyəti
olduqca böyükdür.Xalqa vətənə məhəbbət,adət və ənənələrə bağlılıq,böyüyün kiçiyə
diqqəti və xüsusi ilə də kiçiklərin yaşlılara olan hörməti hər zaman nağıl
pyeslerin ideya-bədii leytmotivinin başlıca ana xəttini təşkil etmişdir.
"İncəbel
və Div" tamaşası da bu ideya üzərində köklənmişdir.Tamaşada göstərilir
ki,böyüklərin, ata - anaların sözünə baxmayanları,onların nəsihətlərini qulaq
ardına vuranları , yaşlı insanların qəlbini qıranları heç də yaxşı aqibət gözləmir,onlar
həyatın çətin və mürəkkəb sınaqları ilə qarşılaşmalı olurlar.Mənəvi yüksəlişdən
məhrum olan və günaha batan bu insanların yalnız bir çarəsi var: hörmətsizlik,qabalıq,etinasızlıq
kimi hərəkətlərin bədəlini ödəmək zərurətini idrak edərək çətin sınaqlardan
alnıaçıq çıxmaq və vaxtında özünü ittiham edib ,arınmaqla doğru-dürüst yola
geri dönməkdir.Tamaşanın bu ideyasını
sevilən
aktyorlarımız Fəridə Məmmədova, Elmira İbrahimova, Amil Fərzəliyev, Aytən
Allahverdiyeva, Asim Əmirov, Eyvaz Əliyev, Paşa Salmanov və Asim Məmmədov özünə
məxsus sənətkarlıqla gerçəkləşdirirlər. Balaca fidanlar tərəfindən böyük
alqışla qarşılanan tamaşanın musiqi tərtibatı Elnur Rəsulov, quruluşçu rəssamı
Ləman Salmanlı, rejissor köməkçisi Xəyalə Qəmbərovadır.
"İncəbel və Div" uşaq tamaşasının premyerası
DİGƏR XƏBƏRLƏR
2026-04-04 17:46
2026-04-04 13:47
2026-04-03 21:55
2026-04-03 14:57
2026-04-02 12:57