Bəstəkar Gövhər Həsənzadə indi də Biznes Ledi olmaq fikrinə düşüb. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, Gövhər Həsənzadə geyim biznesinə qoşulmağı qərarlaşdırıb. Belə ki, bəstəkar xanım məşhur İtaliya geyimlərini Azərbaycana gətirmək fikrindədir. Qadın geyimlərdən ibarət olan papulyar geyim brendı tezliklə bizim xanımların zövqünü oxşayacaq. Geyim brendinin təmtaraqlı açılışı gözlənilir. Tezliklə Gövhər xanım bu məsələ ilə əlaqədar İtaliyaya səfər edəcək. Ola bilsin ki, bəstəkar xanım Novruz bayramını Milanda qarşılasın. [b]Nüşabə Sadıqova[/b]