Prezident İlham Əliyevin 2015-ci ilin dekabrın 21-dəki fərmanı ilə yeni yaradılan, Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinə müdir təyinatı olub.
Mia.az milli.az-a istinadən xəbər verir ki, Agentliyin baş direktoru Vüsal Kərimlinin müvafiq əmri ilə bu vazifəyə Şəfa Mehman qızı Cəbiyeva (Şəfa Mehmanqızı) təyin edilib.
Faktı Şəfa Mehmanqızının özü də təsdiq edib: "Bəli, bu xəbər doğrudur. Yeni vəzifəmin icrasına dünən, fevralın 18-dən başlamışam. Çalışacağam ki, yeni vəzifəmdə də mənə göstərilən etimadı doğruldum".
Qeyd edək ki, Şəfa Mehmanqızı 3 il yarımdan çox müddətdə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) ictimaiyyətlə əlaqələr şöbəsində mütəxəssis, daha sonra şöbənin rəhbəri kimi çalışıb. Bu il yanvarın 25-də isə öz ərizəsi ilə işdən azad olunub.
Ondan daha əvvəl isə Ş.Mehmanqızı 2013-cü ilin iyun ayınadək Xəzər Televiziyasında "Bizim gün" səhər proqramının aparıcısı kimi fəaliyyət göstərib.
Daha bir jurnalistə dövlət qurumunda vəzifə verildi

DİGƏR XƏBƏRLƏR
2025-08-21 00:24
2025-08-20 16:22
2025-08-20 15:48
2025-08-20 10:30
2025-08-19 17:28
2025-08-19 15:25
2025-08-19 13:40