Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevə qarşı növbəti təxribat olub.

Bununla bağlı partiya sədri jurnalistlərə müraciət edib. H.Haciyev bildirib ki, 15 fevral tarixində müğənni Nazpəri Dostəliyeva və digər şou aləminin nümayəndələri barədə müsahibə vermədiyi halda, bəzi saytlar onun adından müsahibə yayıblar: "Mən bu mövzuda müsahibə verməmişəm. Mən, həmin jurnalistlərə üzümü tutub deyirəm ki, əgər sizə reytinq lazımdırsa, başqa ünvanda axtarın. Siyasətlə şou aləmini bir-birinə qatmayın. Mənim jurnalistlərə böyük hörmətim var, ancaq gəlin, kiminsə adından istifadə etməyək. Ölkənin daha böyük qlobal problemlər yaşadığı vaxtda belə hallara yol verməyin. Xalqxeber.az, ölkə.az saytlarına belə açiqlama verməmişəm. Bir daha xəbərdarlıq edirəm ki, mənim adımdan istifadə edib nəsə yazmayın. Biz siyasətlə məşğuluq şou aləmi ilə yox. Lazım olanda özüm ad çəkib açiqlama verirəm. Jurnalistlərə də sözüm odur ki, bir daha məni şou aləmi haqqındakı mövzularla narahat etməyin”.