Şirvan şəhər, H.Əliyev küç, ev 1-də yaşayan Rəcəb Mirzəyev Mia.az-a şikayət məktubu göndərib.
O, yazır ki, Şirvan şəhərində yerləşən Müdafiə Sənayesi Nazirliyinin "Telemexanika" zavodunda fəhlə işləyir:
"2015-ci ilin yay aylarında bu zavodda baş verən partlayış nəticəsində mənim anam yanıb, kül olaraq öldü. Amma bunun səbəbkarı olan zavod direktoru Usubağa Məmmədov cəzalandırılmadı.
İndi də bu zavodun direktoru məni işdən çıxartmaq istəyir. Bu azmış kimi, direktor, sex rəisi işləyən Şəhla Nəhmədova, Kadrlar şöbəsinin rəisi Şəfiqə Əliyeva və hamkarların sədri Fərzulla İbrahimov anamın gorunu təhqir edərək, nəlayiq söyüşlər söyürlər. Nəhmədova Şəhla mənə deyir kii, sən ananı qumara qoymusan...".
Şikayətçi yazır ki, onun qüruru ilə oynasalar da, o, qanuna güvənir: "Xahiş edirəm, bunlar haqqında cinayət işi açılsın. Həmçinin partlayış nəticəsində 3 nəfər öldü, onların biri də mənim anam idi. Ancaq iş bilməməzliyni və səhlənkarlığın ucbatından ölənlərə görə heç kəs cəzalanmadı. Nəhmədova Şəhlanın rəisi olduğu sexdə baş verən partlayışla anamı itirdim. İndisə onun ruhunu da, məni də təhqir edirlər.
Odur ki, xahiş edirəm, anamın ölüm işinin yenidən qaldırıb, araşdırlmasına kömək edin. Günahkarlar cəzalanmalıdır".
Şikayətçi yazır ki, əgər şikayətləri araşdırılmasa, Prezidentin və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət ünvanlayacaq.
Şikayətdə adları hallananların da mövqeyini dərc etməyə hazırıq.