Iqtisad elmlər doktoru, professor, Dövlət mükafatı laureatı, İqtisad Universitetinin "İqtisadi Kibernetika” kafedrasına 40 ildən çox rəhbərlik edən Bədirxan Sarı oğlu Musayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının sədri, Prezident Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri Eldar Nuriyevə rəsmi müraciət ünvanlayıb.
Mia.az-a daxil olan müraciətı qısa ixtisarla təqdim edirik:
"Möhtərəm, cənab Prezident!
Hörmətli Eldar müəllim!
Ulu öndər Heydər Əliyev vaxtı ilə respublika əhalisinə müraciətində demişdir: "Mən İlham Əliyevə özüm kimi inanıram”.
Ulu öndər H.Əliyev mənə də özü kimi inandığını üçün vaxtı ilə Moskvada məni ikinci günü qəbul etdi, dördüncü günü keçmiş SSRİ Ali Sovetin sədri A.Qramıkonun qəbuluna salmağa nail olmaqla, ədaləti bərpa etdi. İqtisad Universiteti bağlanıb, Leninqrad Maliyyə Universitetinin filialına çevrildi, 40-dan çox məsul vəzifədə işləyən işçilər damğalanaraq, vəzifələrindən azad olundular.
Ancaq Heydər Əliyevin qurub yaratdığı müstəqil Azərbaycanda isə mən bir professor, iqtisad elmələri doktoru, dövlət mükafatı laureatının və müxtəlif sanballı titulların sahibi olmağıma baxmayaraq, ən adi elementar hüquqlarımı nə qoruya, nə də bərpa edə bilirəm.
Baxmayaraq ki, cənab Prezident və məmurlara 5 ildə 340-350 dəfə müraciət etmmişəm, ancaq ədaləti indiyə kimi bərpa edə bilməmişəm.
Müraciətimin məzmunu ilə sizi növbəti dəfə tanış edir, eyni zamanda, qeyd edilən halların araşdırılıb müvafiq tədbirlər görmənizi xahiş edirəm:
Hörmətli cənab Prezident!
Rüşvətxor, korrupsioner, milli xəyanətkar, saxtakar, dələduz və makler İqtisad Universitetinin sabiq rektoru Şəmsəddin Hacıyevin Səbaıl rayon YAP-na sədr və millət vəkili seçilməsi Sizin obyektiv, cəsarətli fəaliyyətinizə kölgə salır. Onun cinayət tərkibli əməllərinin ifşa olunaraq rəsmiləşdirilməsində respublika prokuroru nədənsə maraqlı deyildir.
Hörmətli cənab Prezident!
Rayon, şəhər prokurorluqları, Milli Təhlükəsizlik və Ədliyyə nazirlikləri, Ali Məhkəmə sabiq rektor Şəmsəddin Hacıyevin çoxsaylı təkzib olunmaz qanunsuzluqlarını Korrupsiyaya qarşı Mübarizə İdarəsində araşdırılmasını təklif etdikləri halda, Baş prokuror Ş.Hacıyevin əməllərində şərik olan Təhsil Nazirliyinə, oradan isə rüşvətxorlar yuvası olan İqtisad Universitetinə guya araşdırılması məqsədiylə göndərir. Baş prokuror nəzərə almır ki, xarici köçürmələrin əmrini Təhsil naziri imzalamışdır. İqtisad Universitetinin Dərbənd filialını təkrarən İqtisad Universitetində filialının açılmasına, orada sərbəst qəbul keçirilməsinə, bir il İqtisad Universitetində dərs keçirilməsinə, ikinci il digər gündüz fakültələrinə keçirilməsinə hər bir tələbə üçün 20 min manat rüşvət alınmasına da, təhsil naziri icazə veribdir. Nədənsə Baş prokuror mafioz birləşmələrinin təsiri altına düşdüyündən 4 ildir ki, bunları görməməzliyə vurub nəzərə almamışdır. Əksinə, təqdim etdiyim sənədlər əsasında cinayət işi açmaqdansa, o sənədləri anzirliyə, oradan isə Ş.Hacıyevə göndərməklə, növbəti bir qanunsuzluğa imza atıblar.
Hörmətli cənab Prezident!
İqtisad Universitetinin sabiq rektoru, Milli Məclisin sabiq komitə sədri, YAP-nın Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatıŞ.Hacıyev vaxtı ilə KİV-lərə verdiyi açıqlamada: "Mən (Ş.Hacıyev) 2012-ci ilin son üç ayı ərzində 12 nəfər işçini rüşvət aldıqlarına görə işdən qovmuşam” demişdir.
Elə bu sözü əsas tutaraq, əgər respublikada qanunlar işləsə, Baş prokuror yerində olsa, əlavə olaraq məhkəmə və Təhsil sistemi alverxana mərkəzi və oğrular məkanına çevrilməsə, Şəmsəddin Hacıyev coxdan həbs olunardı”. Lakin ictimaiyyət tərəfindən gözlənilən və alqışla qarşılanacaq bu hadisənin qarşısını hələ də məqsədli şəkildə alan rüşbvətxor dəstələr var.
Hörmətli cənab Prezident!
Ş.Hacıyev İqtisad Universitetində qeyri-qanuni "İqtisadçı-2005” şirkətini yaratmış, bunun hesabına 1 milyon manatdan çox dövlət vəsaitini oğurlamışdır. Daha sonra "Turan-2009” şirkətini yaratmış və bunun hesabına 11 milyon manat dövlət vəsaitini oğurlamışdır. Hər iki şirkətə həyat yoldaşını təsisçi, qızını müdir və qardaşı oğlunu mühasib təyin etmişdir. Dərbənd şəhərində İqtisad Universitetinin vəsaiti hesabına 0,5 hektar öz adına torpaq sahəsi almışdır. Həmin torpaq sahəsini İqtisad Universitetinə 3 dəfə sataraq 10 milyon manat dövlətə zərər vurmuşdur. Qubanın Nügədi kəndində sağlamlıq mərkəzi tikdirmişdir. Bunun hesabına 7 milyon dövlət vəsaitini oğurlamışdır: (sənədləri əlavə edirəm).
1) Dərbənd filialına tələbə qəbulundan 145-150 milyon manat, daxili və xarici köçürmələrdən 80-100 milyon manat, digər mənbələrdən 350-400 milyon manat rüşvət almışdır. Təmir-tikinti işlərinin lahiyə dəyərinin 40%-ni oğurlamışdır. Belə də millət vəkili olarmı?
2) Sabiq Milli Təhlükəsizlik naziri Eldar Mahmudova Universitet ərazisindən (1 hektara yaxın) torpaq sahəsini 1,5 milyon manata satmışdır.
3) Rüşvətin məbləğini artırmaq məqsədi ilə 2009-cu ildə Universitet üzrə imtahan sesiyasına nəzarəti gücləndirərək, mənimsəməni "0%”-ə endirmişdir. İmtahanlardan sonra rüşvətin məbləğini 5 dəfə artıraraq, bir həftə ərzində mənimsəməni 95%-ə çatdırmışdır. Bunun hesabına 2 milyon manat rüşvət əldə etmişdir.
4) Köçürmələrdən təşkil etdiyi 59 qrupdan müəllimlərə imtahan götürməyi qadağa etmişdir. Müəllimlər ağ vedamoslara qol çəkməyə məcbur olunmuşlar. Müəllimlərə bir imtahan vedamostuna (imtahan götermədən) qol çəkmələrinə görə 150-200 manat zəhmət haqqı verirdi. Özü isə 7 milyon manat rüşvət əldə etmişdir. Bu cür adamdan millət vəkili olarmı?
5) Universitet koperativiniqeyri-qanuni özəlləşdirməsi hesabına cinayət törədərk 10 milyon manat gəlir əldə etmişdir. Yalnız I mərtəbəni 4 milyon manata satmışdır.
6) Dərbəndə guya 2 milyon rüşvət hesabına 9 mərtəbəli nəhəng bina tikdirmişdir. B
7) Universitet mətbəsində bir nüsxə kitab çapına 5 manat rüşvət alırdı. Bunun hesabına 1,7 milyon manat rüşvət almışdır.
8) Dekanlar vasitəsilə imtahan sesiyyasında Universitet üzrə 460 qrupun hər birindən 20 min manat rüşvət alırdı. Bunun hesabına 8 milyon manat rüşvət toplamışdır. Bu cür rüşvətxoru millət vəkili seçdirmək olarmı?
9) İqtisad Universiteti büdcədən maliyyələşdirilən təşkilatlar sırasına daxil olmasına baxmayaraq, Ş.Hacıyev qanunları pozaraq, tapdalayaraq Universitetdə "Turan 2009” – adlı məhdud məsuliyyətli cəmiyyət (MMC) yaratması nəticəsində cinayət törətməklə dövlətə 1 milyona yaxın ziyan vurmuşdur. Cinayət törədərək həyat yoldaşını "Turan 2009” MMC-yə təsisçi, qardaşı oğlunu müdir, yəhudi mənşəli bacanağı qızını mühasib təyin etmişdir. Bu cür əməliyyatı Rabitə və Yüksək Texnologiyaları nazirliyində yerinə yetirən şəxs həbs edilmişdir. Ş.Hacıyev isə günəş kimi yanıb, ulduz kimi parıldaması hesabına Milli Məclisə deputat seçilməsi cinayət deyildirmi?
10) Hörmətli cənab Prezident! Ulu öndər H.Əliyevin qardaşı akademik Cəlal Əliyev Ş.Hacıyev tərəfindən hazırlanan Universitetin tarix kitabında H.Əliyevin bir neçə yerdə şəklini verdiyi halda, özünün 147 yerdə şəklini verdiyinə görə onu keçmiş rəhbərlərə "skripka çalan”, digər qardaşı profesor Aqil Əliyev bağında A.Aqanbekyana 50 illik yubiley təşkil etdiyinə və H.Əliyevin əlehinə Moskvaya 300-dən çox imzasız məktub göndərməsinin təşkilinə görə onu təhsilmizin "zəhərli əqrəbi”, bacısı Şəfiqə xanım Əliyeva H.Əliyevin torpağa basdırıldığı günü bayram etdiyinə görə Ş.Hacıyevi "mənəvi terrorçu” adlandırmışdır.
11) Ş.Hacıyev rektor təyin olunana kimi şoran torpaqda yetişdirilən qarpız satışı şirkəti yaratmışdır. Şimal bölgəsində şirkətin filialına Yalçın Hacızalovu, Bakı şəhərində isə ulu öndər H.Əliyevi təhqir edən Zəfər Bayramovu təyin etmişdir. Rektor təyin ediləndən sonra "İqtisadi Kibernetika” kafedrasına rəhbərliyi Y.Hacızalova həvalə etmiş, Zəfər Bayramovu isə özünə köməkçi təyin etmiş və universitet üzrə YAP-a sədr seçdirmişdir. Y.Hacızalov və Z.Bayramova cari mətbuatda məni təhqir edən məqalələr nəşr etdirmişdir.
12) Ş.Hacıyev iş otağıma sidik putulkası, bulanmış pompers qoydurub, xadiməyə mənim əleyhimə tərbiyəsiz təqdimat yazdırmışdır.
Bundan başqa məni Əlixan Əliyev tərəfindən öldürməyə təhrik etmişdir; İş otağımda olan seyfi yoxlamaq üçün 5 nəfər vəzifəli şəxslərdən ibarət komissiya təşkil edib, saxta arayış yazdırmışdır; Qızımın ailəsini dağıtmışdır; səhhətimlə əlaqədar arayışım olduğu halda, məni işdən çıxardandan sonra qeyri-qanuni saxta arayış almışdır; "Distant” təhsil müdiri Eminov Nazimi ətrafınızdan uzaqlaşdırın təklifimə, Eminov Nazimin sədrliyi ilə komissiya təşkil edib, məni yoxlatdırmışdır. "Şaykovski” xəstəliyini sakitləşdirmək üçün özünə ayrıca istirahət otağı təşkil etmişdir. Ondan əvvəlki rektorların heç birinin istirahət otağı olmamışdır.
13) Məni qeyri-qanuni kafedra müdirliyindən azad etmişdir. Nazirlər Kabineti-nin qərarı ilə rektorun müşaviri vəzifəsinin ləğv edildiyini nəzərə almadan, məni "səhhətimlə əlaqədar işin öhdəsindən gələ bilməyən kimi” müşavir vəzifəsindən azad etmişdir. Əmr olmadan, əmri əmək kitabçamda əks etdirmədən və mənə vermədən kafedranın professoru vəzifəsini yerinə yetirmək üçün binalara daxil olmağa qadağa qoymuşdur.
14) Ş.Hacıyevin cinayətləri ilə əlaqədar 93 dəfə alverxana məhkəmə sisteminə müraciət etmişəm. Ş.Hacıyev məhkəmə sədrlərinə 10 min manat, hakimlərə isə 5 min manat rüşvət verib, bütün məhkəmələri saxta sənədlərlə öz xeyrinə həll etmişdir.
15) Sabiq rektor Ş.Hacıyevdən 20 sənədin əslini məhkəməyə təqdim etmək üçün noyabr 2012-ci ildə teleqramla ona müraciət etdim. Mədəniyyətsizlik edərək mənim müraciətlərimə cavab vermədi. Ş.Hacıyevin qanunsuz hərəkətlərinin qarşısını almaq üçün 19.11.2011-ci il tarixdə hörmətli Prezident Sizə və Oktay Əsədova müraciət etdim. Quduzlaşmış və qudurmuş Ş.Hacıyev Sizə və Oktay Əsədova şikayətlərimi də vecinə almadı.
16) Sabiq MTN Eldar Mahmudov sabiq rektor Ş.Hacıyevin cinayətlərinin prokurorluq orqanlarında araşdırılmasına qadağa qoymuşdur. Ona görə də Baş prokuror Ş.Hacıyevin cinayətləri ilə əlaqədar daxil olan müraciətləri, təhsili alverxana mərkəzinə çevirmiş Təhsil nazirinə, oradan da cinayət yuvası olan İqtisad Universitetinə göndərtdirirdi. Müraciətlərim indiyə kimi heç yerdə araşdırılmamışdır. Ş.Hacıyevin pulu və mafioz birləşmələrinin gücünə saxta qərarlar qəbul edilmişdir.
17) Hörmətli cənab Prezident! Ş.Hacıyev Baş nazirin müavini Əli Əhmədovun tələbə oğluna qeyri-qanuni Universitet koperativində 4 otaqlı mənzil bağışlamışdır.
18) Hörmətli cənab Prezident! Siz haqlı olaraq Şəmsəddin Hacıyevi rektor vəzifəsindən azad etdiniz və komitə sədri seçilməyə imkan vermədiniz. Bunlara görə ictimaiyyət üzüvləri və mən Sizə minnətdarıq. Ş.Hacıyev pul gücünə təşkil etdiyi mafioz birləşmələri ondan 6 milyon manat rüşvət alıb, Səbayıl rayon YAP-na sədr və millət vəkili seçdirmişlər.
20) Hörmətli cənab Prezident! Ş.Hacıyev mənə "vətən xaini” damğası vurub bir həftə ərzində qərarla tutduğum üç vəzifələrdən qeyri-qanuni azad olunmamla aqil yaşımda o dünyaya getmək istəmirəm. Ədaləti bərpa edənə qədər (ölənə qədər) mübarizəmi davam etdirəcəyəm. Ona görə də mənim 60 il 15 rektorla bütün vəzifələrdə şərəflə işləməmi nəzərə alaraq pozulmuş və tapdalanmış hüquqlarımı bərpa etmək üçün müvafiq orqanlara göstəriş vermənizi və Şəmsəddin Hacıyevin cinayətə cəlb edilməsini xahiş edirəm. İnkar olunmaz sənədləri istənilən vaxt təqdim edə bilərəm.
Müraciətdə adları yer alanların da mövqeyini dinləməyə hazırıq.
Mia.az