Sınaq imtahanları Bakı, Naxçıvan, Gəncə, Lənkəran və digər zəhərlərdə keçiriləcək

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2010-cu il aprelin 4-də abituriyentlərin qəbul imtahanlarına səmərəli hazırlaşmalarına kömək məqsədilə sınaq imtahanları keçirəcək.
TQDK mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, ilk sınaq imtahanının Bakı, Naxçıvan, Gəncə, Lənkəran və digər şəhərlərdə keçirilməsi nəzərdə tutulur. Sınaq imtahanlarına abituriyentlər yalnız özlərinin şəxsiyyət vəsiqəsi ilə yazılmalıdırlar. Sınaq imtahanlarının keçiriləcəyi bölgələrin, yerlərin siyahısı yaxın günlərdə TQDK-nın internet səhifəsində yerləşdiriləcək.
Qeyd edək ki, bu imtahana yazılış internet vasitəsilə aparılır. Bunun üçün abituriyentlər qiyməti 3 manat olan və bir imtahana yazılmaq imkanı verən TQDK-nın ?ödəmə kartı?nı əldə etməlidirlər.
Həmin kartları TQDK-nın ?Abituriyent? satış köşkündən, həmçinin respublikanın bütün şəhər (rayon) poçt şöbələrindən əldə etmək olar.
Komissiya tərəfindən ödəmə kartlarının elektron satışına da imkan yaradılıb. Belə ki, ?Visa/Visa Electron? və ya ?Mastercard/Maestro? plastik kartı olan istənilən şəxs TQDK-nın ödəmə kartlarını elektron formada ala bilər. Bunun üçün Komissiyanın internet saytında xüsusi bölmə - http://tqdk.gov.az/virtualkart/ yaradılıb.
Sınaq imtahanlarında iştirak etmək könüllüdür. İmtahanlarda istifadə olunan sual kitabçaları TQDK-nın aparıcı mütəxəssisləri və ekspertləri tərəfindən hazırlanmış və orta məktəb dərsliklərinə, qəbul imtahanları proqramlarına tamamilə uyğundur. İmtahanlarda iştirak edən abituriyentlər özlərini real imtahan şəraitində hiss etməklə qəbul imtahanlarına psixoloji cəhətdən uyğunlaşmaq, ayrılmış vaxtdan səmərəli istifadə etmək bacarıqlarını inkişaf etdirə bilərlər.
DİGƏR XƏBƏRLƏR
2025-08-02 00:03
2025-08-01 21:54
2025-08-01 17:17
2025-08-01 16:16
2025-08-01 15:52
2025-08-01 15:23
2025-08-01 14:45