01.02. 2016 tarixdə Sumqayıt Dövlət Rəsm Qalereyasının direktoru Ellada Rəşidova, Mina Qurbanlarının Sosial-İqtisadi Problemlərinin Həllinə Kömək İctimai Birliyinin sədri Məmmədhəsən Həsənov, Qarabağ Əlilləri və Veteranları”İctimai Birliyinin sədri Növrəstə Yusifova, "Məşəl Əlil və Şəhid Ailələrinə Sosial Dəstək" İctimai Birliyinin sədri Alman Abbasov,Mədəni İnkişaf Mərkəzinin rəhbəri Gəray Əlibəyovun təşəbbüsü ilə Sumqayıt Dövlət Rəsm Qalereyasında 2 fevral "Gənclər gününə” həsr edilmiş "Rənglərin arzusu” adlı sərgi keçirildi.
Sərgidə Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsi, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinın rəhbərləri və nümayəndələri, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tanınmış rəssam və müəllimləri, gənc tarixçi və ziyalıları da iştirak etdilər.
Sərgidə həmçinin dəvət olunan qonaqlar arasında tanınmış müğənnilərdən olan Nadir Bayramlı da öz mahnı töhfələri ilə tədbiri daha da şənləndirdi.
Tədbirdə gənc rəssamlara, Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsi, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinın rəhbərləri və nümayəndələrinə fəxri fərman və hədiyyələr təqdim olundu.
Tədbiri işıqlandırmaq üçün bir neçə televiziya nümayəndələri və sayt rəhbərləri də iştirak etdilər. Sərginin keçirilməsində məqsəd istedadlı, gənc rəssamlara dəstək olmaq və onların incəsənətə olan marağını daha da artırmaqdır. Ümumilikdə 300 ədəd rəngkarlıq işi nümayiş etdirildi. Sərgi bir həftə davam edəcək.