Devalvasiyadan sonra bankların kredit borcunu ödəyə bilməyənlərdən müsadirə etdikləri avtomobillər İnternet üzərindən satışa çıxardılıb.

Facebook-da "Bank-Avtomobilləri” adlı səhifə vasitəsilə onlarla avtomobillər satışa qoyulub. Avtomobillər yalnız nağd qiymətə satılır.

Adıçəkilən səhifədən 2012-nin Accent-ini 10200 manata, 2011-in Sonata-sını 15 200 manata, 2012-nin Hyundai İX 35-ni 15500 manata, 2012-nin Aveo-sunu 8800 manata, 2012-nin  Rio-sunu 9800 manata və s. əldə edə bilərsiniz.

Səhifəyə yaxın günlərdə daha çox sayda avtomobillərin çıxardılacağı bildirilir.

Marja.az