Lənkəran şəhər icra hakimiyyətinin başçısı Taleh Qaraşov əhali ilə səyyar qəbullarını davam etdirərək real vəziyyətlə yerindəcə tanış olur.
Bu barədə Mia.az-a şəhər İcra Hakimiyyətindən məlumat göndərilib.
Bildiiriliib ki, İcra başçısı Taleh qaraşov növbəti görüşünü rayonun Ürgə kəndinin sakinləri ilə keçirib.
Səyyar qəbul-görüşdə şəhər İcra hakimiyyəti başçısı aparatının, rayonun hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların rəhbər işçiləri və 300 nəfər kənd sakini iştirak ediblər.
İcra başçısı görüşü açaraq son illərdə ölkənin hər yerində olduğu kimi Lənkəran rayonunun da sosial-iqtisadi inkişafı sahəsində görülən işləri qeyd edərək, bu inkişafın artıq kənd və qəsəbələri də əhatə etdiyini, hər yerdə müasir infrastrukturunun yaradıldığını bildirib.
O, son vaxtlar dünyada baş verən qlobal iqtisadi böhran şəraitində quruculuq-abadlıq işlərinin genişlənməsi, sosial layihələrin dayanmadan davam etməsinin cənab Prezident İlham Əliyevin Ülü Öhdər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirməsinin və iqtisadiyyatın hərtərəfli inkişaf etdirilməsinin məntiqi nəticəsi olduğunu və bu fəaliyyətin Azərbaycan xalqının milli maraqlarına tam cavab verdiyini vurğulayıb.
İcra başçısı qeyd edib kii, Prezidentin həyata keçirdiyi düzgün iqtisadi siyasət ölkə iqtisadiyyatının şaxələndirilməsini təmin etmiş, nəticədə qeyri-neft sektorunun inkişafı üçün də əlverişli şərait yaranmış, nəticədə regionların sosial-iqtisadi inkişafı daha da sürətlənmiş, yeni sosial obyektlər tikilib istifadəyə verilmiş, iş yerləri açılmış, əhalinin yaşayış səviyyəsi xeyli yüksəlib.
Sonra Taleh Qaraşov dövlət başçısının sərəncamı ilə həyata keçirilən anti-böhran tədbirlərinin əhəmiyyətini qeyd edərək bu tədbirlərin Prezidentin iradəsi, möhkəm siyasi sabitlik, dövlətin iqtisadi qüdrəti və dövlət-xalq birliyinin gücü hesabına mümkün olduğunu deyib və lavə edib ki, Prezidentin tapşırığı ilə yerlərdə əhalinin sosial durumunun yaxşılaşdırılması ilə bağlı konkret tədbirlərin görüldüyünü, əlavə iş yerlərinin açılacağını, gənclərin işlə təmin olunacağını, kənd təsərrüfatının inkişafına, torpaqlardan səmərəli istifadəyə diqqətin artırılacaq.
Sonda isə icra başçısı hamını ümumi mənafe naminə hamını ölkə başçısının ətrafında sıx birləşməyə səsləyib.
Çıxış edən kənd sakinləri Prezidentin fəaliyyətini tamamilə bəyəndiklərini, həyata keçirilən anti-böhran tədbirlərinə görə ona minnətdar olduqlarını bildirərək bundan sonra da ölkə başçısının ətrafında sıx birləşərək Azərbaycanın tərəqqisinə yardımçı olacaqlarını ifadə ediblər.
Görüşün sonunda İcra başçısı vətəndaşların müraciət və təkliflərini dinləyərək onların həlli ilə bağlı konkret tapşırıqlarını verib.