Sakinlərlə görüşlərini davam etdirən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov növbəti görüşünü rayonun Aşağı Nüvədi qəsəbəsində keçirib. 

Mia.az-a Rayon İcra Hakimiyyətiindən daxil olan məlumatda bildirilir ki, görüşdə İcra aparatının, rayonun hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların, habelə xidmət sahələrinin təmsilçiləri və 300 nəfər qəsəbə sakini iştirak ediblər.

Görüşdə icra başçısı görüşü açaraq ölkənin sosial-iqtisadi və mədəni həyatında baş verən müsbət irəliləyişdən, Prezident İlham Əliyevin ardıcıl səyləri ilə həyata keçirilən sosial-iqtisadi islahatlardan, bu islahatların uğurla aparılması nəticəsində əldə olunan nailiyyətlərdən danışaraq bunları ölkədə mövcud olan və getdikcə möhkəmlənən siyasi sabitliyin və dövlət-xalq birliyinin bəhrəsi olduğunu deyib. 

Natiq dünyada baş verən iqtisadi böhran şəraitində Azərbaycanda sosial-iqtisadi inkişafın sürətlə davam etməsini cənab Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş siyasətin məntiqi nəticəsi olduğunu vurğulayıb.

İcra başçısı bütün Azərbaycan xalqı kimi, lənkəranlıların da Prezidentin həyata keçirdiyi anti-böhran tədbirlərini sonsuz sevinc hissi ilə qarşıladığını bildirərək, onları Heydər Əliyev siyasi kursunun qələbəsi naminə cənab Prezidentin ətrafında daha da sıx birləşməyə və vətənimizin tərəqqisinə səy göstərməyə çağırıb.

Qəsəbə sakinləri çıxış edərək ölkədəki dinamik inkişafın və siyasi sabitliyin bundan sonra da davam etməsi üçün həmişə cənab Prezidentin yanında olacaqlarını, Heydər Əliyev inkişaf kursunun xoşbəxt gələcəyə aparan ən etibarlı, sınanmış yol olduğunu, heç bir kənar qüvvənin onları bu yoldan döndərə bilməyəcəklərini bəyan edərək göstərilən davamlı diqqətə və qayğıya görə cənab Prezidentə minnətdarlıqlarını bildiriblər. 

Görüş zamanı İcra başçısı sakinlər tərəfindən qaldırılan təkliflərlə bağlı müvafiq tapşırıqlarını verib.

İcra başçısı Aşağı Nüvədi qəsəbəsində sakinlərlə görüşüb
İcra başçısı Aşağı Nüvədi qəsəbəsində sakinlərlə görüşüb
İcra başçısı Aşağı Nüvədi qəsəbəsində sakinlərlə görüşüb