"Bəzi kütləvi informasiya vasitələrində SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirova istinadən yayılmış "Azərbaycan "Azərenerji” üçün Rusiyanın "Qazprom” şirkətindən təbii qaz almağı nəzərdə tutur” məlumatı həqiqəti əks etdirmir”.
Mia.az xəbər verir ki, bu, SOCAR-ın saytında yerləşdirilən rəsmi məlumatda yer alıb.
Bildirilib ki, Elşad Nəsirov həmin açıqlamada belə qeyd edib: "Hazırda SOCAR-ın heç bir ölkədən qaz almasına ehtiyacı yoxdur, "AzMeCo”, "Azərenerji” və ya digər şirkətlər daha sərfəli şərtlərlə "Qazprom”dan qaz almaq istəyərlərsə, SOCAR-ın infrastukturundan istifadə edə bilərlər”.