Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə fevralın 3-də saat 11.00-da Lənkəran şəhərində olacaq.

Mia.az xəbər verir ki, nazir həmin günü Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı rayonlarında yaşayan əhaliyə göstərilən telekommunikasiya, poçt, internet, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.

Qəbula yazılmaq istəyən vətəndaşlar "[email protected]” elektron poçt ünvanı, 1655 saylı "Çağrı Mərkəzi”, 012 598 38 18 nömrəli telefon vasitəsilə (regionlardan edilən zənglər pulsuzdur) qeydiyyatdan keçə bilərlər. 

Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaq. 

Bunun üçün Astara rayonunda 02522 51111, Masallı rayonunda 02521 53004, Lerik rayonunda 02527 44266, Yardımlı rayonunda 02520 61255, Lənkəran rayonunda isə 02525 54242 telefon nömrələri ilə əlaqə saxlamaq olar.