Binəqədi rayon Biləcəri bələdiyyəsi bu gün seçicilərinə hesabat vedib. Bu barədə Belediyye.infoya daxil olan məlumatda bildirilir ki, hesabat yığıncağında Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, icra hakimiyyətinin şöbə müdiri Ramiz Göyüşov iştirak edib.
Hesabat yığıncağını giriş sözüylə başçının müavini Vüsar İsmayılov açaraq Biləcəri bələdiyyəsinin, o cümlədən başıçının qəsəbə nümayəndəliyinin üzərinə böyük məsuliyyət düşdüyünü, bu qurum rəhbərlərinin daim sakinlər arasında olmalarını, onları maraqlandıran sualların cavablandırmalı olduqlarını bildirib.
Tədbirdə hesabat məruzəsiylə çıxış edən Biləcəri bələdiyyəsinin sədri Hikmət Quliyev bələdiyyənin fəaliyyətindən, görülən işlərə toxunaraq, bu gün bələdiyyənin əsas məqsədinin ötən illərdən yığılıb qalmış borcların verilməsi, digər tərəfdən əhalini narahat edın məsələlərin həlli edilməsi olduğunu bildirib.
Tədbirdə çıxış edən Biləcəri qəsəbə İcra nüməyəndəsi İbad İbrahimov bələdiyyə ilə qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyət göstərdiklərini bildirib. Onun sözlərinə görə, əsas diqqətimizi problemlərin həllinə, əhalinin kommunal xidmətlərin lazimi səviyyədə göstərilməsinə yönəltmişik.
284 saylı tam orta məktəbin akt zalında keçirilən tədbirdə çıxış edən qəsəbə ziyalıları öz təklif və tövsiyyələrini bildirməklə yanaşı, hər iki qurumdan qarşılaşdıqları problemlərin tezliklə həlli arzulamışlar.
Hesabat yığıncağı ciddi fikir mübadiləsiylə başa catıb.