Noyabrın 11-də ?Xural? qəzetinin redaksiyasında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun fəaliyyəti ilə bağlı tədbir keçiriləcək. ?Xural? qəzetinin baş redaktoru Əvəz Zeynallı Müstəqil İnformasiya Agentliyinə deyib ki, tədbirin əsas mövzusu KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqələrin ədalətli olub-olmaması ilə bağlıdır: ?Bu tədbirə KİV-lərə Dəstək Fondunun rəhbəri Vüqar Səfərli, Mətbuat Şurasının sədri Əflatun Amaşov, APA-nın rəhbəri Vüsalə Mahirqızı, ?Turan? İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev, ?Reytinq? qəzetinin baş redaktoru Afiq Mirzəbəyli və televiziya kanalları da dəvətlidirlər?. Ciddi müzakirələr aparmaq fikrində olduğunu bildirən Ə.Zeynallı deyib ki, bir müddət əvvəl İTV-nin rəhbəri İsmayıl Ömərova rəsmən müraciət edərək, KİV-lərə Dəstək Fondunun keçirdiyi müsabiqənin nəticələrinə həsr olunmuş debat təşkil etməyi xahiş eləsə də, İTV rəhbəri ona cavab verməyib: ?Ona görə də İTV-nin görməli olduğu işi biz görəcəyik?.