Rail Rzayev öldürüldükdən sonra onun otağından oğurluq edilib

Respublikanın baş prokuroru Zakir Qaralov Hərbi Hava Qüvvələrinin komandanı, general Rail Rzayevin qətlinin araşdırılması mövzusunda açıqlama verib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, Z.Qaralov istintaq tədbirlərinin davam etdirildiyini, bu işin Azərbaycan Prezidentinin nəzarətində olduğunu bildirib. Onun sözlərinə görə, işin araşdırılmasına kömək məqsədilə xaricdən ekspertlər dəvət olunub.
Baş prokuror onu da bildirib ki, Rail Rzayev öldürüldükdən sonra onun otağından oğurluq edilib: "Bu hadisəni gizlədənlər - generalın köməkçisi Aydın Rəfiyev və yavəri Anar Həşimov saxlanılıb. Onların bu oğurluq hadisəsində iştirakı istisna olunmur".
DİGƏR XƏBƏRLƏR
2025-05-12 10:35
2025-05-08 17:46
2025-05-08 15:07
2025-05-08 14:18
2025-05-08 12:31